10 aprel 2025 at 13:12
Jurnalist kodu: 5564
Xəbər kodu: 85799452
T T
0 Persons

Yollar və şəhərsalma naziri Bakı Limanında olub

10 aprel 2025 at 13:12
Xəbər kodu: 85799452
Yollar və şəhərsalma naziri Bakı Limanında olub

Tehran - İRNA - İran İslam Respublikasının yol və şəhərsalma naziri Azərbaycan Respublikası baş nazirinin müavini ilə birlikdə iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə İqtisadi Komissiyanın rəhbərləri kimi Bakı Limanına səfər edib.

Fərzanə Sadiq Malvacerd və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və onu müşayiət edən nümayəndə heyəti Bakı Limanında olublar. Bu səfər iki ölkənin dövlət başçılarının tam tərkibdə nümayəndə heyətləri tərəfindən ikitərəfli ticarət və iqtisadi qarşılıqlı əlaqələrin genişləndirilməsini araşdırmaq məqsədi ilə baş tutub.

Yollar və şəhərsalma nazirinin Azərbaycana üç günlük səfəri çərçivəsində nəqliyyat və gömrük, su-energetika, neft-qaz, güzəştli ticarət və s. sahələrdə birgə layihələrin son vəziyyəti nəzərdən keçirilib, mümkün maneələrin aradan qaldırılması üçün zəruri danışıqlar aparılıb.

İran İslam Respublikasının yollar və şəhərsalma naziri və onu müşayiət edən nümayəndə heyətinin birgə sərhəd layihələrinə sahə səfəri, İran İslam Respublikası və Azərbaycan Respublikası Birgə İqtisadi Komissiyasının sənədinin fars və azəri variantlarının açıqlanması və imzalanması da bu səfərin digər proqramlarından olub.

Sizin rəyiniz

You are replying to: .